10:37
735
Rusiyada Pavel Durovun hərəkətləri terror fəaliyyətinə yardım maddəsi üzrə cinayət işi çərçivəsində nəzərdən keçirilir.
APA xəbər verir ki, bu barədə "Komsomolskaya Pravda" və "Rossiyskaya qazeta" birgə məlumat yayıb.
Bildirilib ki, Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, "Telegram" 2022-ci ildən etibarən bir sıra istintaq işlərində, o cümlədən terror aktları və digər ağır cinayətlərlə bağlı araşdırmalarda hallanıb.
Nazirlik məsələ ilə bağlı əlavə detallar açıqlamayıb.