“Bu normaların sanksiyası sərtləşdirilməlidir”-millət vəkili
“Bloomberg”: Tramp iyulun 4-dək Ukraynada müharibəni bitirmək istəyir
Britaniya Rusiyaya sanksiyalar çərçivəsində “İmedi” və “PosTv"ni “qara siyahı”ya salıb
“Kiçik biznes modelinin qurulması və mənfəətin hesablanması” mövzusunda təlim keçirilib
11:49
658
ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin nizamlanması ilə bağlı bütün mümkün razılaşmaların eyni vaxtda, bəlkə də təntənəli mərasim zamanı imzalanmasını istəyir.
Xalqcebhesi.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski "CNN" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Trampın təsəvvüründə Rusiya və Ukrayna müharibənin başa çatmasını qeyd edən böyük bir mərasimdə sülh sazişi imzalayacaq, Kiyev, Vaşinqton və Avropa ölkələri isə həmin tədbirdə təhlükəsizlik zəmanətləri barədə saziş bağlayacaqlar. Lakin Zelenski bu ssenariyə qarşı çıxır. O hesab edir ki, təhlükəsizlik zəmanətləri əvvəlcə razılaşdırılmalı və ABŞ Konqresi tərəfindən ratifikasiya edilməlidir.
“Kağız üzərində bizdə demək olar ki, hər şey var. Amma Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında sənəd hələ imzalanmayıb. Onu ABŞ imzalamayıb,” – deyə Zelenski bildirib. Səbəbin nə olduğu sualına cavab olaraq o ehtimal edib ki, “ABŞ təhlükəsizlik zəmanətlərini 20 bəndlik nizamlanma planı ilə eyni anda imzalamaq istəyir.”
Məryəm Quliyeva