10:45
686
Amnistiya aktı tətbiqi nəticəsində 5638 nəfəri azadlıqdan məhrumetmə cəzasından, 9215 nəfər digər cəzalardan azad olunub.
APA xəbər verir ki, bu sözləri Binəqədi Rayon Prokurorluğunun yeni inzibati binasınında “Açıq qapı günü” tədbirində Baş Prokurorluğun Cinayət Təqibindən kənar icraatlar idarəsinin böyük prokuroru Namiq Eliyev deyib.
Onun sözlərinə görə, həmin şəxslərdən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 7703 nəfər cəzadan azad edilib. Amnistiya tətbiq olunan şəxslərdən 9 nəfəri intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş şəxslərdir.
Eyni zamanda, Amnistiya aktı hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum edilmiş 146 nəfər, islah işləri cəzasına məhkum edilmiş 685 nəfər, ictimai işlər cəzasına məhkum edilmiş şəxslər 68 nəfər, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər 604 nəfərə şamil edilib.
Bununla yanaşı, cərimə cəzasına məhkum edilmiş böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər, habelə 3000 manatadək cərimə cəzası təyin edilən 878 nəfər həmin cəzadan azad edilib.