10:46
735
Bu ilin yanvar ayında Türkiyə ərazisindən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə 16 125 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 8,23% azdır.
Bu barədə "APA-Economics" Türkiyənin borularla nəqletmə operatoru olan "BOTAŞ" şirkətinə istinadən xəbər verir.
Məlumata görə, 2025-ci ilin yanvar ayında BTC vasitəsilə Türkiyə ərazisi ilə 17 571 min barel neft nəql edilib.
Qeyd edək ki, ötən il Türkiyə ərazisindən BTC kəməri ilə 206 434 min barel neft nəql edilib ki, bu da illik müqayisədə 7,9% azalma deməkdir.
Xatırladaq ki, BTC kəməri ilə Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından hasil edilən neft idxal edilir. Bundan başqa, kəmər vasitəsilə digər istehsalçıların nefti də Türkiyə ərazisinə göndərilir.