17:24
903
İran əvvəllər xalqının birliyi və cəsarəti sayəsində İsrail-Amerika təcavüzünə qarşı tab gətirib və gələcəkdə də heç bir halda təslim olmayacaq.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi Rusiya lideri Vladimir Putin ilə görüşündə bildirib.
"Sizin də düzgün qeyd etdiyiniz kimi, bütün dünyaya sübut olundu ki, İran xalqı öz müqaviməti, cəsarəti və ruhu sayəsində Amerika hücumlarına və Amerika təcavüzünə qarşı uğurla mübarizə aparıb. İran hər şeyə dözüb və bundan sonra da tab gətirəcək", — deyə o vurğulayıb.
Məryəm Quliyeva