Litva Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi alqışlayır Siyasət

Litva Ermənistan-Azərbaycan sülh prosesində irəliləyişi alqışlayır

İndi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin vaxtında imzalanmasını və ratifikasiyasını təmin etmək vacibdir.

Bunu Litva xarici işlər nazirinin müavini Odra Plepite “Armenpress”ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Litva Ermənistan və Azərbaycan arasında sülh prosesindəki irəliləyişi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı əldə edilən razılaşmaları alqışlayır.

“İndi Vaşinqton Bəyannaməsində göstərilən digər öhdəliklərin tam şəkildə yerinə yetirilməsi ilə yanaşı, müqavilənin vaxtında imzalanması və təsdiqlənməsini təmin etmək vacibdir”, - Litva XİN rəhbərinin müavini vurğulayıb.