Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib Mədəniyyət

Şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib

Mayın 8-də Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illik yubileyi keçirilib. Şairin yubiley gecəsində tanınmış ziyalılar və incəsənət nümayəndələri iştirak ediblər.

Əslən Cəbrayıl rayonunun Sirik kəndindən olan F.Abbasəlioğlunu ilk olaraq Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş millət vəkili Ceyhun Məmmədov təbrik edib. O, çıxış edərək yubiliyarın yaradıcılığına nəzər salmış, şair haqqında ürək sözlərini, xoş fikirlərini səsləndirmişdir.

Daha sonra şairin qələm dostları, qiraət ustaları, xanəndələr və musiqi ifaçıları F.Abbasəlioğlunun şeirlərini səsləndirmiş, sözlərinə bəstələnmiş mahnılar ifa etmişlər.

Zəfər İnustrumental Ansambılının, Aşıq Ədalət Dəlidağlının, Nadir Bayramlının, Niyaz İlyasoğlunun, Natiq Fərzalıoğlunun, Əhliman Ərşadlının, Sona Nərimanqızının, Təranə Gədəbəylinin, Ayşə Səyyad qızının və digər sənət adamlarının müşayiəti ilə baş tutan tədbirin sonunda yubilyar - şair Fərzalı göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə, sənət dostlarına və oxucularına dərin minnətdarlığını bildirib. Tədbir həm sənət adamlarının, həm də poeziyasevərlərin iştirakı ilə isti və səmimi bir şəraitdə başa çatıb.