Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb
İsrail "Hizbullah"a qarşı yeni zərbələr dalğasına başlayıb
Kaunas: ABŞ hərbçilərinin Avropaya gəlişinin ləğvi müvəqqəti qərardır
DMX: Ötən ay 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib
“Bu cür münasibətlər türk dünyasının inteqrasiyasına əlavə güc qatır”
11:36
420
1990-cı illərin əvvəllərində biz müstəqillik qazandıqda beynəlxalq ictimaiyyətdən çox şey gözləyirdik.
APA xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) ilk Baş Assambleyasındakı çıxışında deyib.
Onun sözlərinə görə, lakin bu baş verməyib, Azərbaycan ədaləti özü təmin edib: “Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını da özümüz təmin etdik. Buna görə də Qlobal Cənub ölkələri olaraq, çoxtərəfli institutlarda və beynəlxalq sistemdə artıq ikili standartların və müxtəlif çətinliklərin mövcud olduğunu anlayaraq, öz regionlarımızda liderliyi öz üzərimizə götürməli, sülh və nizamı, əməkdaşlıq və birgə fəaliyyəti təmin etməliyik. Azərbaycan dost və tərəfdaş kimi bütün bu təşəbbüslərə töhfə verməyə hazırdır. Biz buna öz regionumuzdan başlayırıq. Biz sülhü, ədaləti, əməkdaşlığı və birgə fəaliyyəti qururuq. Bunu deməklə yanaşı, Qlobal Cənub ölkələrinin vətəndaş cəmiyyəti institutları və QHT-ləri ilə bir araya gəlməkdə məqsədimiz ölkələrimizin rəsmi diplomatik kanallarını əvəz etmək deyil. Amma əminəm ki, siz mənimlə razılaşarsınız ki, biz onların səylərini tamamlayıcı şəkildə dəstəkləyə bilərik. Biz cəmiyyətlərimizin və icmalarımızın səsini qlobal səviyyədə daha yaxşı eşitdirə və onların gözləntilərinə və arzularına cavab verə bilərik. Əminəm ki, Baş Assambleya vasitəsilə QHT-lərin və vətəndaş cəmiyyəti institutlarının potensialını bir araya gətirməklə biz bu təşəbbüslərə qlobal səviyyədə töhfə verəcəyik”.
Eyni zamanda, Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın ərazisinin təxminən 13 faizi hərbi işğalın nəticəsi olaraq minalarla çirkləndirilib.
“Lakin biz buna son qoyduq, öz suverenliyimizi və ərazi bütövlüyümüzü təmin etdik, eyni zamanda qonşu Ermənistanla əməkdaşlıq və dialoq prosesinə başladıq. Bu, həm də bizim xoş niyyətimizi, sülhü qazanan tərəfin xoş niyyətini nümayiş etdirir”, - Prezidentin köməkçisi əlavə edib.