Rusiya Ukraynaya genişmiqyaslı hücum edib: 700-dən çox hədəf qeydə alınıb Dünya

Rusiya Ukraynaya genişmiqyaslı hücum edib: 700-dən çox hədəf qeydə alınıb

14 may gecəsi Rusiya hücum PUA-ları, havadan atılan raketlər və yerüstü raketlərdən istifadə edərək Ukraynaya birgə hücum edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri (USQ) məlumat yayıb.

"Zərbənin əsas istiqaməti Kiyev şəhəridir. Ümumilikdə, Hərbi Hava Qüvvələrinin radiotexniki qoşunları tərəfindən 731 hava hücum vasitəsi — 56 raket və 675 PUA qeydə alınıb və müşayiət olunub:

3 ədəd X-47 "Xəncəl" (Kinjal) aeroballistik raketi;

18 ədəd "İsgəndər-M/S-400" ballistik raketi;

35 ədəd X-101 qanadlı raketi;

675 ədəd "Şahid", "Gerbera", "İtalmas" tipli zərbə PUA-sı, "Bandurol" (2 ədəd) gəzən sursatları və "Parodiya" tipli imitator-dronlar."

Hava hücumunun dəf edilməsində aviasiya, zenit-raket qoşunları, radioelektron mübarizə (REM) və pilotsuz sistemlər bölmələri, həmçinin Ukrayna Müdafiə Qüvvələrinin mobil atəş qrupları iştirak edib.

İlkin məlumatlara görə, saat 08:00 radələrinə olan vəziyyətə əsasən, hava hücumundan müdafiə sistemləri tərəfindən 693 hədəf — 41 raket və 652 müxtəlif tipli pilotsuz uçuş aparatı vurulub və ya zərərsizləşdirilib. Bunlara 29 ədəd X-101 qanadlı raketi, 12 ədəd "İsgəndər-M/S-400" ballistik raketi və 652 ədəd müxtəlif tipli PUA daxildir.

24 məkanda 15 raket və 23 zərbə PUA-sının hədəfə dəyməsi, həmçinin 18 məkanda vurulmuş PUA-ların qalıqlarının düşməsi qeydə alınıb.

"Hücum davam edir! Ukraynanın hava məkanına bir neçə yeni zərbə PUA-sı qrupu daxil olub", — deyə USQ-nin məlumatında bildirilir.

Məryəm Quliyeva