10:16
462
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfiri cənab Houssam Eldine Redanın himayəsi altında Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində Azərbaycanın müxtəlif şəhərlərindən olan istedadlı və yaradıcı uşaqlar üçün “Misir azərbaycanlı rəssamların gözü ilə” adlı xüsusi bir incəsənət sərgisi keçirilib.
Xalqcebhesi.az xəbər verir ki, tədbir çərçivəsində uşaqlar Misirə olan sevgilərini və maraqlarını onun ən məşhur tarixi, mədəni və sivilizasiya abidələrini əks etdirən rəsm əsərləri vasitəsi ilə ifadə ediblər.
Çıxış edən mərkəzin müdiri Prof. Dr. Tarek Aboul Fotouh bildirib ki, bu tədbirin əsas məqsədi azərbaycanlı və misirli uşaqlar arasında mədəni əlaqələri möhkəmləndirmək, həmçinin kiçik istedad sahiblərini incəsənət vasitəsi ilə müxtəlif xalqlara və mədəniyyətlərə olan hisslərini ifadə etməyə təşviq etməkdir.
Tədbirdə iştirak edən uşaqlar məmnun olduqlarını və Misirin tarixi və sivilizasiyası ilə yaxından tanış olduqdan sonra bu heyranlıqlarını rəngarəng mesajlarla zəngin rəsm əsərlərində əks etdirəcəklərini bildiribər.
Sərgilənən rəsm əsərləri iştirakçılar və valideynlər tərəfindən böyük maraq və rəğbətlə qarşılanmış, uşaqların xalqlar arasında dostluq və sevgi hisslərini sadə, yaradıcı və təsirli üsulla ifadə etmək bacarığı yüksək qiymətləndirilib.
Bu tədbir yeni nəsil arasında qarşılıqlı anlaşma və yaxınlaşma dəyərlərinin möhkəmləndirilməsi, eləcə də Azərbaycan ilə Misir arasında mədəni əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən mədəni və incəsənət yönümlü fəaliyyətlər çərçivəsində təşkil olunub.
Cavid
13 May 23:10
1 078
13 May 20:28
1 400
11 May 22:18
2 086


