Tələbələr qədim Misir tarixindən bəhs edən layihə təqdim ediblər Hadisə

Tələbələr qədim Misir tarixindən bəhs edən layihə təqdim ediblər

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin tədbirlərinə böyük önəm verən Misir Ərəb Respunlikasının Azərbaycandakı səfiri cənab Houssam Eldine Reda bildirib ki, bu tədbirlər Misir sivilizasiyasının tanıdılmasında, fikir, mədəniyyət və yaradıcılıq mübadiləsinin genişlənməsində, eləcə də Misirin mədəni simasının müxtəlif təbəqələrə, xüsusilə də tələbələrə çatdırılmasında mühüm rol oynayır.

Bu tədbirlər çərçivəsində BDU nun Tarix fakültəsində " Asiya və Afrika ölkələri tarixi" fənnindən açıq dərs keçirilib.

Dərs zamanı tələbələr qədim Misir tarixindən bəhs edən layihə təqdim ediblər. Həmçinin Misirin fironlar dövrünü canlandıran səhnəcik nümayiş olunub ki, bu da dərsi daha interaktiv və iştirakçıların yaddaşında qalacaq şəkildə təsirli edib.

Açıq dərsin əsas məqsədi tələbələrin Misir tarixi haqqında biliklərini artırmaq və yaradıcı düşüncə qabiliyyətlərini inkişaf etdirmək olub. Misir Mədəniyyət Mərkəzi isə bu tədbirə qədim Misir sivilizasiyasının əzəmətini əks etdirən seçilmiş firon geyimləri, heykəllər və firon dövrünə aid eksponatlar təqdim etməklə dəstək verib.

Misirin mədəniyyət attaşesi Prof. Dr. Tarek Aboul Fotouh bildirib ki, mədəniyyət mərkəzi ilə təhsil müəssisələri arasında əməkdaşlıq mədəni qarşılıqlı əlaqə üçün yeni imkanlar açır, xalqlar arasında bilik və ünsiyyət körpüləri qurur, həmçinin beynəlxalq münasibətlərin inkişafında mədəniyyətin rolunu möhkəmləndirir.

Cavid