Rusiyanın Kiyevə hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb Dünya

Rusiyanın Kiyevə hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb

Rusiya ordusunun Ukraynanın paytaxtı Kiyevə kütləvi hücumu nəticəsində 1 nəfər ölüb, 16 nəfər yaralanıb.

Bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hazırda hücum nəticəsində 16 nəfərin yaralandığı məlumdur.

Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, Darnitski rayonunda çoxmərtəbəli bina uçub.

Xilasedicilərin yaralıların tapılması üçün axtarış-xilasetmə işləri gördüyü bildirilir.