Ötən ay nağdsız ödənişlərin həcmi 9 mlrd. manatı ötüb İqtisadiyyat

Ötən ay nağdsız ödənişlərin həcmi 9 mlrd. manatı ötüb

2026-cı ilin aprel ayı ərzində Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 9 milyard 94 milyon manat təşkil edib.

"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin əvvəlindən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artıb.

Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 969 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1 milyard 123 milyon manatı POS-terminallar, 2.5 milyon manatı isə özünə xidmət terminalları və bankomatlar vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 69.9%-ni təşkil edib.

Bundan əlavə, banklar və “Azərpoçt” MMC ödəniş xidməti şəbəkələri üzrə dinamik artım müşahidə olunur. Belə ki, ötən ilin aprel ayının sonu ilə müqayisədə bankomatların sayında 6%, POS-terminalların sayında 24% artım qeydə alınıb.