22 Avqust 15:31
“Dənizçi şəhid ailələri ilə iş” layihəsi çərçivəsində növbəti tədbir keçirilib
Əməkdar jurnalist Nurani Yasamal qəbiristanlığında dəfn edilib - YENİLƏNİB
Astarada dənizdə boğulduğu iddia edilən 5 uşaq atasının hava yolu ilə ölkəni tərk etdiyi məlum olub
ABŞ məhkəməsi Trampın 75 ölkəyə qoyduğu viza qadağasını ləğv edib
25 May 11:05
1 946
Baş Prokurorluğun sorğusu əsasında beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs Azərbaycana gətirilir.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Azərbaycan Respublikası Baş Prokurorluğunun Gürcüstanın Baş Prokurorluğuna sorğusu və beynəlxalq prosedurlara uyğun tələb olunan sənədlərin təqdimatından sonra aparılan danışıqlar nəticəsində Türkiyə Respublikasının vətəndaşı Kaya Osmanın ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Belə ki, Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən ibtidai istintaqı aparılan cinayət işi üzrə Osman Kaya təkrar və külli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməkdə ittiham edilir.
Bu səbəbdən Osman Kayanın Cinayət Məcəlləsinin müvafiq maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunub və o, istintaqdan yayınaraq gizləndiyinə görə Bakıda İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə barəsində beynəlxalq axtarış elan edilib, Gürcüstan dövlət sərhədini qanunsuz keçmək istərkən müəyyən edilərək saxlanılıb.
Hazırda Osman Kayanın ölkəmizə gətirilməsi istiqamətində Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən tədbirlər görülür.
Eyni zamanda, Baş Prokurorluq axtarışda olan şəxslərin xarici ölkələrdə müəyyən edilməsi və onların Azərbaycan Respublikasına gətirilməsi məqsədilə xarici tərəfdaş qurumlarla sıx əməkdaşlığı davam etdirir.
22 Avqust 15:54
686
22 Avqust 15:23
693
22 Avqust 11:07
791