16:40
546
“Azərbaycançılıq ideologiyasının qorunması və təbliği, müstəqil siyasətin davam etdirilməsi, eləcə də ölkənin daxili işlərinə müdaxilənin yolverilməzliyi dövlət siyasətinin əsas istiqamətlərindəndir”.
Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov “xalqcəbhəsi.az”-a açıqlamasında deyib.
Deputat bildirib ki, Azərbaycanın bugünkü siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Bu siyasətin mühüm istiqamətlərindən biri Azərbaycançılıq ideologiyasının təbliği və cəmiyyətə çatdırılmasıdır.Azərbaycan müasir dövrdə Qafqaz Albaniyası dövründə olduğu kimi, mədəni və dini müxtəlifliyi qoruyur. Ölkənin qədim və şanlı tarixi, mühüm irsi və dövlətçilik ənənələri də bu gün mühafizə olunur.Azərbaycan müharibələrin dayandırılması və sülh quruculuğu prosesinə mühüm töhfələr verir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmamasına baxmayaraq, Azərbaycan həmin qərarların icrasını özü təmin edib”.
Ceyhun Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının tədbirində də bu məsələlərə xüsusi diqqət yetirib: “Azərbaycanın müstəqil siyasət yürütməsi və heç bir dövlətin ölkənin daxili işlərinə qarışmaması mühüm əhəmiyyət daşıyır. Azərbaycanın bir çox dövlətlərlə münasibətləri və əməkdaşlıq əlaqələri olsa da, bu, heç bir ölkəyə Azərbaycanın daxili işlərinə müdaxilə etmək hüququ vermir. Azərbaycan heç zaman bu məsələlərdə öz rolunu oynamaqdan çəkinməyəcək, öz addımlarını atacaq və bu prosesə öz töhfəsini verəcək. Müstəqil siyasətin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu gün cənab Prezident həmin siyasəti böyük əzmkarlıqla davam etdirir. Bu mənada heç kim bizim işimizə qarışmamalı və proseslərə müdaxilə etməməlidir. Belə müdaxilələr olduğu təqdirdə Azərbaycanın reaksiyası çox kəskin olacaq”.
Günel Elxan
17:19
238
17:18
231
16:45
805