İraqın paytaxtı üzərində pilotsuz uçuş aparatı məhv edilib Dünya

İraqın paytaxtı üzərində pilotsuz uçuş aparatı məhv edilib

Bağdad səmasında pilotsuz uçuş aparatı (PUA) məhv edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ərəb respublikasının təhlükəsizlik qüvvələrinin nümayəndəsi məlumat verib.

"Bağdadda eşidilən partlayış səsləri paytaxt səmasında mənşəyi məlum olmayan dronun məhv edilməsi səbəbindən baş verib", - deyə INA agentliyinin sitat gətirdiyi təhlükəsizlik qüvvələrinin nümayəndəsi bildirib. O əlavə edib ki, PUA şəhərin tam mərkəzində yerləşən, hökumət idarələrinin çoxunun və bir çox ölkələrin səfirliklərinin yerləşdiyi "yaşıl zona"nın yaxınlığında zərərsizləşdirilib.

Məryəm Quliyeva