14:31
525
Səudiyyə Ərəbistanının şahzadəsi Əbdüləziz ibn Təlal Əl Səud Ermənistana səfər edib.
Xalqcebhesi.az xəbər verir ki, Ermənistan mediasının verdiyi məlumata görə, bu barədə Səudiyyə şahzadəsini İrəvanın "Zvartnots" hava limanında qarşılayan Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan bildirib.
"Mən Əlahəzrət Səudiyyə Ərəbistanı şahzadəsi Əbdüləziz ibn Təlal Əl Səudu qarşıladım", - deyə nazir sosial şəbəkələrdə yazıb.
Qeyd edək ki, Ermənistan ilə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər 25 noyabr 2023-cü ildə qurulub. Bura qədər ölkələr arasında rəsmi diplomatik əlaqələr mövcud olmayıb.
Məryəm Quliyeva