Cəmmu və Kəşmir "Qara Günü" Siyasət

Cəmmu və Kəşmir "Qara Günü"

27 oktyabr 1947-ci il Hindistan qüvvələrinin Srinaqara daxil olduğu tarixdir və bu, Cəmmu və Kəşmir tarixində uzun sürən, faciəli bir dövrün başlanğıcı olmuşdur. Pakistan, Kəşmir xalqının öz istəklərinə və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, öz müqəddəratını təyin etmək kimi fundamental və ayrılmaz hüququna sarsılmaz dəstəyini bir daha təsdiqləyir.

Təxminən səkkiz onillikdir ki, Hindistan tərəfindən qanunsuz olaraq işğal edilmiş Cəmmu və Kəşmir (IIOJK) əhalisi zorakılığa, repressiyalara, fundamental azadlıqların məhdudlaşdırılmasına və insan hüquqları ilə bağlı ciddi problemlərə məruz qalır. Hindistanın 5 avqust 2019-cu ildə Cəmmu və Kəşmirin konstitusiya və hüquqi statusunu dəyişdirməyə yönəlmiş birtərəfli addımları vəziyyəti daha da gərginləşdirmişdir.

Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq insan hüquqları təşkilatları və geniş beynəlxalq ictimaiyyət IIOJK-dəki vəziyyətə lazımi diqqət yetirməli və Kəşmir xalqının fundamental hüquqlarının qorunması istiqamətindəki səyləri dəstəkləməlidirlər. Cəmmu və Kəşmir münaqişəsinin ədalətli, dinc və davamlı həlli Cənubi Asiyada dayanıqlı sülh, sabitlik və rifah üçün zəruridir. Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və Kəşmir xalqının istəklərinə uyğun olaraq həll edilməlidir. Pakistan IIOJK xalqına mənəvi, diplomatik və siyasi dəstəyini sarsılmaz şəkildə davam etdirəcək və onların səsini bütün müvafiq beynəlxalq platformalarda ucaldacaqdır. Cəmmu və Kəşmir "Qara Günü"ndə Pakistan, Kəşmir xalqının fədakarlıqlarına və dözümlülüyünə ehtiramını bildirir, həmçinin onların ədalət, ləyaqət, azadlıq və öz müqəddəratını təyin etmək uğrunda apardıqları haqlı mübarizə ilə həmrəy olduğunu bir daha təsdiqləyir. Pakistan əmindir ki, Cəmmu və Kəşmir xalqı bir gün münaqişənin ədalətli və dinc yolla həlli vasitəsilə, öz istəklərinə uyğun olaraq gələcəyini müəyyən edə biləcəkdir.

Cavid