Xalq artisti Zaur Rzayevin vəziyyəti kritik-ağırdır Mədəniyyət

Xalq artisti Zaur Rzayevin vəziyyəti kritik-ağırdır

Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq, Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, Reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.