15:09
413
İranın Ali Lideri Müctəba Xamenei hərbi münaqişənin dayandırılması və "nə müharibə, nə sülh" vəziyyətindən çıxmaq üçün İran rəhbərliyi tərəfindən irəli sürülən şərtlərin yerinə yetirilməsinə nail olunmasının vacibliyini vurğulayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ali Liderin Milli Təhlükəsizlik Ali Şurasının katibi Möhsün Rizai ilə görüşünün yekunlarına dair onun saytında dərc olunan məlumatda bildirilir.
"İslam İnqilabının Ali Lideri müharibənin dayandırılması və "nə müharibə, nə sülh" vəziyyətindən çıxmaq məqsədilə ölkə rəhbərliyi tərəfindən irəli sürülən şərtlərin yerinə yetirilməsi yolu ilə İran xalqının və müqavimət oxunun hüquq və mənafelərinin təmin olunmasına nail olunmasının vacibliyini vurğulayıb", - deyə sənəddə qeyd olunur.
Görüşün digər mövzuları arasında Hörmüz boğazının idarə olunması vasitəsilə milli və regional təhlükəsizliyin qorunması və qonşu ölkələrlə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinin olduğu göstərilir. Rizai, öz növbəsində, Ali Liderə ölkədəki vəziyyətlə bağlı məruzə təqdim edib.
Məryəm Quliyeva