“Azərbaycan etibarlı beynəlxalq tərəfdaş və dialoq platforması kimi mövqeyini gücləndirib”
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində panel müzakirə keçirilib
“Ekoloji problemlərin həlli ölçülə bilən nəticələrlə təmin olunmalıdır”
Prezidentin xüsusi nümayəndəsi: Ağdam, Füzuli və Xocavənddə 16 minə yaxın insan yaşayır
Ceyhun Məmmədov: “Azərbaycanın reaksiyası çox kəskin olacaq”
16:06
350
"Vaxtilə Qarabağda gördüklərim – dağılmış evlər, binalar, kəndlər və minalanmış ərazilər məni dəhşətə gətirdi".
APA xəbər verir ki, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi, BMT baş katibinin müavini Miqel Anxel Moratinos Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyət mərkəzdə: ortaq gələcəyə təhlükəsiz yollar” adlı plenar sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, Qarabağda gördükləri Azərbaycanın üzləşdiyi vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə həqiqəti çatdırmaq baxımından mühüm olub.
“Beynəlxalq ictimaiyyətə beynəlxalq hüquqa və siyasi dəyərlərə hörmət baxımından öz gözlərimlə gördüyüm həqiqəti çatdırdım”, - Moratinos deyib.
BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Qarabağda gördüklərinin onda böyük təəssürat yaratdığını bildirib: “Beynəlxalq ictimaiyyətin nümayəndəsi kimi Qarabağda baş verənlərlə bağlı çox aydın mövqe ifadə etdim. Bu, beynəlxalq və Azərbaycan tərəfi arasında çox mühüm və davamlı münasibətlərin başlanğıcı oldu”.
Moratinos bildirib ki, davamlı sülhün təmin olunması üçün mədəniyyətin və dini icmaların roluna xüsusi diqqət yetirilməlidir. Onun sözlərinə görə, dini irs yalnız məscid, kilsə, sinaqoq və digər ibadət məkanlarından ibarət deyil, həm də xalqların kimliyini və milli tarixini özündə əks etdirir.
“Biz davamlı mədəniyyətlə sülh istəyirik. Bunun üçün konkret fəaliyyət qurmaq lazımdır”, - Moratinos vurğulayıb. O, Azərbaycanın mədəniyyətlərarası dialoq istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirib və Azərbaycan hökumətinə bu sahədəki fəaliyyətinə görə təşəkkür edib.
Qeyd edək ki, Migel Anxel Moratinos 2021-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə, o cümlədən Füzuliyə səfər edib. Səfər zamanı o, ərazilərdəki dağıntılardan və tarixi, mədəni və dini irsə vurulmuş ziyandan dəhşətə gəldiyini bildirib.