14:20
343
ICESCO-nun Azərbaycanla uzun illərə söykənən güclü əməkdaşlığı var.
Bunu APA-ya açıqlamasında İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru Salem bin Məhəmməd Əl-Malik deyib.
O bildirib ki, ICESCO Qarabağda mədəni irsin qorunması ilə bağlı missiya həyata keçirib: “Təşkilat Qarabağda işğaldan azad edilmiş ərazilərə ilk missiyasını göndərib və hesabatını Azərbaycan hökumətinə təqdim edib. Hesabat hökumət tərəfindən yüksək qiymətləndirilib”.
Salem bin Məhəmməd Əl-Malik onu da qeyd edib ki, ICESCO Azərbaycanla süni intellekt sahəsində də əməkdaşlıq edir: "Təşkilat Elm və Təhsil Nazirliyi ilə birlikdə İslam dünyasının süni intellekt indeksini hazırlayıb. İndeks ölkələrin bu sahədə hazırlıq səviyyəsini əks etdirir".
15:08
0
14:57
630
14:37
518