17:18
385
Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdülsalam ilə görüşüb.
Söhbət zamanı ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsinə verdiyi töhfələr yüksək qiymətləndirilib. Azərbaycan Ağsaqqallar Şurası ilə Müsəlman Ağsaqqalları Şurası arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərə toxunulub.
Görüşdə Azərbaycanın qlobal müstəvidə İslam mədəniyyətini və onun fundamental dəyərlərini fəal şəkildə təbliğ etdiyi, bu sahəyə davamlı töhfələr verdiyi diqqətə çatdırılıb.
Vurğulanıb ki, 2027-ci ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Sammitində mühüm məsələlər müzakirə olunacaq.
