“ABŞ-ın Cənubi Qafqazda aktivliyi artır” Siyasət

“ABŞ-ın Cənubi Qafqazda aktivliyi artır”

Rusiya ABŞ-ın hərbi strukturlarının postsovet məkanındakı tibbi-bioloji aktivliyini diqqətlə izləyir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"ABŞ-ın postsovet məkanında fəaliyyət miqyası narahatlıq yaradır. ABŞ Pentaqonun maliyyələşdirdiyi proqramlarla Cənubi Qafqaz və Mərkəzi Asiyada mikrobioloji laboratoriyalar şəbəkəsi yaradır. Buna sübut 2013-cü ildə Tiflisdəki Alekseyevka qəsəbəsinə üçüncü səviyyəli bioloji müdafiə laboratoriyasının açılmasıdır. Bu laboratoriya xüsusi təhlükəli xəstəliklərin patalogiyasının eksperimentlərini aparmağa imkan verir. İndi həmin laboratoriya R.Luqar adına Tədqiqat Mərkəzidir", – deyə o bildirib.