Paşinyan təxribata əl atmağa başlayıb Siyasət

Paşinyan təxribata əl atmağa başlayıb

Qarabağ müharibəsinin qızğın vaxtında, erməni hərbçiləri Azərbaycan torpaqlarını işğal edəndə onların Naxçıvan Muxtar Respublikasına daxil olmaq və möhkəmlənmək cəhdləri birmənalı olaraq boşa çıxıb. Düşmən buradan 1 sm torpağı belə işğal edə bilmədi. Naxçıvanlılar Heydər Əliyevin rəhbərliyi altında nəinki düşmənin qarşısını alır, həm də ona əsaslı zərbələr də vururdu. Amma illər sonra Naxçıvanla Ermənistan sərhəddində daha bir gərginlik meydana çıxdı.
Qarabağdan olan quldur Serj Sarkisyan hər yolla Azərbaycan Ordusu ilə üz-üzə gəlməkdən qaçmağa çalışırdı. Anlayırdı ki, bu onun ölkəsinin böyük itkilərinə səbəb ola bilər. Həm canlı qüvvə, həm də hərbi texnika baxımından. 2016-cı ilin aprelində olduğu kimi.
Lakin öz sələfindən fərqli olaraq Nikol Paşinyan müharibə haqqında ancaq kinolarda və xəbərlərdə görüb, eşidib. Buna baxmayaraq bu ərazidə təxribata əl atmağa başlayıb. Nəticədə azərbaycanlı hərbçi şəhid olub.
Bu mitinq "ulduzu" öz qüvvələrini Azərbaycan-Ermənistan sərhəddinə dövlət başçısı İlham Əliyevin Naxçıvana səfərindən dərhal sonra göndərib. Prezident Naxçıvanda lazımı anda düşmənə layiqli cavab verilməsi üçün hərbi potensialı gücləndirmək üçün böyük işlər görüldüyünü gizlətməyib.
Biz sərhədə olan erməni hərbçilərin özlərinin baş nazirinə nə hesabat verdiklərini bilmirik. Ancaq növbəti gün demək olar ki, bütün erməni mətbuatı sevinə-sevinə bu yaxınlarda Ermənistana Rusiyanın "Тор" zenit raket kompleksini (ZRK) yerləşdiriləcəyini yazmağa başladılar. Erməni telekanalları isə bu silahın necə işləməsindən, uçuş məsafəsindən ağızdolusu danışır. Əsas isə odur ki, bu kompleks Qarabağda yox, Naxçıvanın yaxınlığında yerləşdiriləcək.
Ermənilərin növbəti təxribatı nəyə hesablanıb? Məsələ ondadır ki, KTMT dəfələrlə İrəvanı heç bir vəchlə Qarabağ münaqişəsinə qoşulmayacağı ilə bağlı xəbərdar edib. Naxçıvanla sərhəd isə axı Qarabağ deyil, Ermənistandır. Bu yolla onlar rusiyalı hərbçiləri də müharibəyə cəlb etmək niyyətindədirlər. Bir zamanlar Xocalıda olduğu kimi...
Bundan başqa bəzi ekspertlət hesab edirlər ki, Paşinyan hakimiyyəti ələ keçirdikdən sonra mitinqlərdəki avtoritetini itirməyə başladı.
Bu dəfə çətin ki, bu alınsın. Yəqin ki,bu Paşinyan və davamçılarının iflası ilə nəticələnə bilər. Artıq belə hal olub və olacaq...