Azərbaycan prezidenti belaruslu həmkarına məktub göndərib Siyasət

Azərbaycan prezidenti belaruslu həmkarına məktub göndərib

Azərbaycan prezidenti İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenkoya məktub göndərib.
Məktubda deyilir:
"Hörmətli Aleksandr Qriqoriyeviç, Belarusun milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün dost Belarus müstəqilliyin və suverenliyin möhkəmləndirilməsi, dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşdirilməsi yolunda uğurla irəliləyir. Ölkənin ardıcıl sosial-iqtisadi inkişafı seçilmiş yolun məqsədyönlü olmasının əməli təsdiqidir. İki ölkənin qarşılıqlı əməkdaşlığı daha da möhkəmləndirmək, dost xalqlarımızın rifahı naminə strateji tərəfdaşlığı dərinləşdirmək səylərini əks etdirən Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin yüksək səviyyəsi xüsusi məmnunluq doğurur. Hörmətli Aleksandr Qriqoriyeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün həmvətənlərinizə sülh və firavanlıq arzulayıram".