Radikal ittihamlar düşərgəsi... Siyasət
Radikal düşərgədə münasibətlər daha kəskin xarakter alıb. Bu günə qədər neytral mövqe tutmağa çalışan ziyalılar da intriqalara qoşlubular. EL hərəkatının sədri Eldar Namazov bugünlərdə verdiyi müsahibədə Milli Şuranın sədri Cəmil Həsənlinin ünvanına xeyli ciddi ittihamlar səsləndirib. Cəmil Həsənli də öz növbəsində bu ittihamlara cavab verib:
"Milli Şuranın daxilində böhran yaradılmasına ilk cəhdlərdən biri də məhz Eldar Namazov tərəfindən oldu".
El Hərəkatının sədri Eldar Namazov və Milli Şuranın sədri Cəmil Həsənli arasında mətbuatda qarşılıqlı ittihamlar səsləndirilməsinə münasibət bildirən "El" Hərəkatı İdarə Heyətinin və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli söyləyib danışanda elə danışmaq lazımdır ki, barışmağa üz qalsın: "Hər kəs opponentinə hörmətlə yanaşmalı, fikirlərində korrekt olmalıdır". Rövşən Əhmədli Eldar Namazov və Cəmil Həsənli arasında münasibətlərin gərginləşməsi fonunda iki qurum arasında seçim etməyə tələsmir: "Həm El Hərəkatına, həm də Milli Şuraya qəbul olanda qərarı özüm vermişəm. Mən kimə görəsə Milli Şuraya daxil olmamışam. Qərarım ümumilikdə qurumların fəaliyyəti ilə bağlı olacaq. Əgər bu məsələdə mənim mövqeyim təmsil olunduğum təşkilatın mövqeyi ilə üst-üstə düşməyəcəksə, sonda harada olacağımla bağlı qərarı özüm qəbul edəcəyəm".
"Rəsul Quliyevin ağzına gələni danışmasına öyrəşmişik. Uzaq ABŞ-da oturub Azərbaycanda bir kimsə ilə yola getmir, yaratmadığı partiya, dəyişmədiyi blok qalmayıb. Bu adam reallıq hissini itirib. Ümumiyyətlə media nümayəndələrinin ondan niyə müsahibə götürdüyünü anlamaqda çətinlik çəkirəm. Bu şəxsin nə siyasi çəkisi qalıb ki? Məni daha çox Eldar Namazovla Cəmil Həsənli arasındakı sərtliyi də aşan polemika düşündürür". Bunu isə politoloq Elxan Şahinoğlu son günlər müxalifət daxilində yaranan gərginliklə bağlı bildirib. Onun sözlərinə görə, hər iki şəxs siyasətçi olmaqla bərabər ziyalıdırlar: "Elə Ziyalılar Hərəkatında birgə fəaliyyət göstəriblər, dünənə qədər bir-birlərinə hörmətlə yanaşıblar. Ancaq indi bu iki ziyalının bir-birinin ünvanına demədikləri söz qalmayıb. Doğrusu hər ikisindən bunu gözləməzdim. Onların dilindən nələr eşidirik? "Yalan danışır", "intriqa ustası" və s. Bu dava-dalaş, üstəgəl də Milli Şura ilə ordan ayrılanların savaşı müxalifəti daha çox zəiflədir. Deyəsən, fərqində deyillər".
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov El Hərəkatının sədri Eldar Namazovun Milli Şura və Cəmil Həsənli barədə səsləndirdiyi ittihamlara münasibət bildirərkən deyib ki, Eldar Namazovun Milli Şuradan istefa verməsi düzgün addım deyildi. Həsən Kərimov bildirib ki, Eldar Namazov Milli Şuranın təsisçilərindən biri kimi Rüstəm İbrahimbəyovun birbaşa səlahiyyətli nümayəndəsi olub və belə bir şəxsin Milli Şura və Cəmil Həsənli əleyhinə açıqlama ilə çıxış etməsi doğru deyil.
Əli