Vaşinqton Moskvanın orbitində yerləşən ölkələrə təhlükəsizlik zəmanəti təklif edəcək Siyasət
Stratfor analitik mərkəzinin dünyadakı siyasi proseslər haqda proqnozları həmişə ciddi maraq doğurub və çoxu gerçəkləşib. Mərkəz bu günlərdə 2019-cu il üçün Amerika-Rusiya münasibətləri haqda növbəti analitik proqnozlarını dərc edib. Həmin materialı oxucularımıza təqdim edirik.
Mərkəzin analitik proqnozlarının əsasını aşağıdakı istiqamətlər təşkil edir:
- Birləşmiş Ştatlar Şərqi Avropadan Qafqaz və Mərkəzi Asiyayadək Rusiyaya basqını gücləndirməyə çalışaraq qarşıdakı ildə keçmiş sovet periferiyası boyunca yerləşmiş ölkələrlə əlaqələri möhkəmləndirəcək.
- ABŞ silah satışı və hərbi təlimlər keçirmək yoluyla Rusiya ilə həmsərhəd rayonlarda Qərbyönlü dövlətlərlə təhlükəsizlik sahəsində əlaqələri inkişaf etdirəcək.
- Vaşinqton eyni zamanda Moskva orbitində daha möhkəmcəsinə yerləşən ölkələrə iqtisadi stimul və təhlükəsizlik zəmanəti təklif edəcək ki, onların Rusiyadan asılılığını aradan qaldırmağa səy etsin.
- Rusiya bölgədə buna ABŞ və Qərbə müqavimət vasitəsi kimi, habelə öz nüfuzunun yayılması üçün istifadə edəcəyi hibrid savaş taktikasıyla cavab verəcək.
Mərkəzin proqnozlarının yer aldığı yazıda qeyd olunur ki, Rusiya və Qərb arasındakı qarşıdurma 2018-ci il boyunca praktik olaraq zəifləmə göstərməyib: "ABŞ-ın Kremlə basqının artırılması üzrə bu yaxındakı səyləri də siqnal verir ki, belə gərginlik növbəti ildə yalnız çoxalacaq. Birləşmiş Ştatlar Rusiya xarici siyasətini dəyişdirməyə can ataraq növbəti ildə daha böyük məhdudiyyətlər tətbiq etmək təhdidi fonunda Rusiya iqtisadiyyatına qarşı sanksiyalar qoyub. Və ABŞ indi orta və uzaq mənzilli raketlərin (OUMR) ləğvi haqda müqavilədən çıxdığını elan etdiyi bir vaxtda hər iki tərəfdən silahlanmanın yenidən artırılması qaçılmazdır.
ABŞ-ın Moskvaya basqısının daha bir əsas elementi Vaşinqtonun Rusiya periferiyasındakı – Şərqi Avropadan Qafqaza və Mərkəzi Asiyaya qədərki keçmiş sovet respublikalarıyla əlaqəsidir. Bu ərazilər Rusiyada coğrafi maneələrin yoxluğu üzündən ölkənin nüvəsini xarici dövlətlərdən qoruyan bufer dövlətləri təşkil edir, habelə xaricə təsirin kölgələnməsi üçün Kremlə kanal verir. Doğrudan da, Rusiyanın bölgəsəl və kürəsəl dövlət kimi tarixən yüksəliş və süqutu bu ərazilərə nəzarət bacarığından asılı olub; nəticədə, təbii ki, bu dövlətlər sovetsonrası dönəmdə Amerikanın Rusiyanı önləmə strategiyasında həlledici rol oynayıb. Və bu sərhədyanı dövlətlər Vaşinqton və Moskva arasında gərginlik artdıqca Birləşmiş Ştatlar və Rusiya arasında rəqabətli mübarizənin getdikcə daha önəmli teatrına çevrilir.
Ərazisində münaqişənin artıq beşinci il sürdüyü Ukrayna Şərqi Avropada iki dövlətin rəqabət mərkəzində durur. Vaşinqton Kiyevə siyasi və iqtisadi baxımdan, habelə Ukraynanın şərqində Rusiyanın əl tutduğu separatçılarla çarpışmasına dəstəkdə önəmli rol oynaıyb. Birləşmiş Ştatlar birgə hərbi təlimlər keçirmək və məhdud sayda letal silah, birinci növbədə tanka qarşı "Cavelin" raket kompleksi tədarük etməklə artıq Ukraynaya təhlükəsizlik sahəsində əl uzadır. ABŞ gələn il Ukraynaya silah satışını artıra və Ukraynanın Rusiya ilə qarşıdurmasında potensial qaynar nöqtəyə çevrilmiş Azov dənizində Kiyevin hərbi-dəniz donanmasını gücləndirmək səylərinə yardım edə bilər. Hadisələrin belə inkişafı Belarus paytaxtı Minksdə mənzillənən və Ukrayna münaqişəsinə son qoymağı nəzərdə tutan danışıqlar prosesini pozacaq ki, bu da tənzimlənməni və qarşıdakı ildə Ukraynanın şərqində BMT sülhməramlılarının yerləşdirilməsini şübhəli edir.
Birləşmiş Ştatların OUMR haqda müqavilədən çıxmaq perspektivi Vaşinqtonu Şərqi Avropanın başqa ölkələrində öz hərbi güclərini möhkəmləndirməyə və NATO-nun Polşa, Rumıniya və Baltikyanı dövlətlər kimi "cəbhəyanı" ölkələrdə daha çox birgə hərbi təlimlər keçirməyə vadar edəcək.
Bundan savayı, Birləşmiş Ştatlar Polşada daimi hərbi baza qurmaq üzrə danışıqlarda irəli gedəcək, amma qarşıdakı ildə faktiki yerləşmə baş tutmayacaq. Rusiya Kalininqrad, Qərbi Rusiya və Krım kimi vilayətlərdə öz hərbi imkanlarını artırmaqla cavab verəcək. Gözlənildiyi kimi, Vaşinqton Rusiyanın periferiyası uğrunda bu çarpışmada Minskə iqtisadi stimul təklif edəcək ki, Moskva ilə hərbi əlaqələri gücləndirməkdən daşındırsın. Belarus amerikalılara qulaq verəcək, amma iş təhlükəsizlik sahəsinə gələndə strategiyaca Moskvaya yönəlik qalacaq".
Mərkəzin ekspertlərinin qənaətinə görə, Birləşmiş Ştatlar Mərkəzi Asiyanın şərqində bölgədə, xüsusən də Tacikistan və Özbəkistan kimi Əfqanıstanla həmsərhəd ölkələrdə terrorizm və narkotik qaçaqmalçılığıyla mübarizə təşəbbüslərini fəallaşdıracaq: "Amma Rusiya və Çin də bir tərəfdən Moskva və Pekin, o biri tərəfdən Vaşinqtonla rəqabətin gedişində gərginliyin artması üçün potensial yaradaraq özlərinin əks-terrorçu işlərini aparacaqlar.
Vaşinqton iqtisadi cəbhədə bütün Mərkəzi Asiyada Qazaxıstan, və xüsusən də Özbəkistan kimi ölkələrdə iqtisadi əlaqələrin yaxşılaşmasına yardım edəcək. Sonuncunun prezidenti Şövkət Mirziyoyev öz ölkəsini yavaş-yavaş kölgədən çıxardaraq xarici güclər üçün iqtisadi əlaqələrin çoxalması, habelə təhlükəsizlik sahəsində Özbəkistan hökumətiylə əlaqələr üzrə imkanlar yaradır ki, bu da, təbii ki, Rusiya və Birləşmiş Ştatlarda maraq doğurub.
Amerika məmurları Moskvanın Özbəkistanla çoxalan iqtisadi əlaqələrindən əndişələnərək iqtisadi və yatırım sövdələşmələri planında Rusiya ilə rəqabətə girmək istəyini birbaşa elan ediblər. Nəticədə Özbəkistan, ehtimal ki, hər iki ölkədən mümkün qədər çox iqtisadi dəstək xahiş edəcək, bu zaman onların arasında hər hansı formal alyansa dönüşməyən kövrək balansı qoruyacaq.
Birləşmiş Ştatların Rusiya ilə həmsərhəd bölgələrə ayaq basmağa yönəlik səyləri, öz növbəsində, Moskvanın Qərbə qarşı fəaliyyətini müəyyən edəcək. Rusiya Avropanın parçalanmasından istifadə etməyə və AB və NATO-nun birliyini sarsıtmağa can ataraq Qərbə qarşı hibrid savaşa fəal qatılaraq təbliğat yaymaqla başqa ölkələrin siyasətinə müdaxilə edəcək, Qərb ölkələrinə və Qərbə yön götürmüş Ukrayna və Baltikyanı dövlətlər kimi ölkələrə qarşı kiberhücumlar və məxfi əməliyyatlar keçirəcək. Ola bilsin, Rusiya Birləşmiş Ştatların keçmiş sovet periferiyasındakı dövlətlərə vədlərini müvazinətləşdirə bilməsə də, sərhədyanı rayonlarda ciddi qarışıqlıq törədə bilər, qarşıdakı ildə daha geniş Amerika-Rusiya qarşıdurması çərçivəsində onları əsas döyüş meydanı edər.