“İsrail mətbuatında Azərbaycan haqqında yazılan həqiqətlər dostluq nümunəsidir”, - politoloq Siyasət

“İsrail mətbuatında Azərbaycan haqqında yazılan həqiqətlər dostluq nümunəsidir”, - politoloq

İsrailli jurnalist Daniel Tsemax İsrailin nüfuzlu İ24 telekanalında nümayiş etdirilmiş süjetində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin indiki vəziyyəti barədə söhbət açıb: (https://www.youtube.com/watch?v=G3wUB5yC-PM)

Jurnalistin sözlərinə görə, Sovet imperiyasının dağılmasından keçən 27 ildən artıq müddətdə Azərbaycan onun ərazisinin 20 faizini işğal etmiş qonşu Ermənistanın ərazi iddiaları ilə bağlı etnik münaqişədən əziyyət çəkir. Ermənistan-Azərbaycan münaqişəsinin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonun ərazisi Ermənistan tərəfindən işğal edilib. İsrailli jurnalist vurğulayır ki, Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayon Azərbaycan Respublikasının beynəlxalq aləmdə tanınmış ərazisidir...

Buna münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə açıqlamasında bildirdi İsrail Azərbaycan münasibətləri öz dinamikliyi ilə bu gün digər dövlətlərə nümunədir. Onun sözlərinə görə, iki ölkə qarşılıqlı siyasi-iqtisadi və hərb-texniki əməkdaşlğı günü-gündən inkişaf edir: “Bu gün İsrail mətbuatında Azərbaycan haqqında yazılan həqiqətlər, Ermənistanın işğalçı siyasətinin tənqid olunması dostluğun nümunəsidir. Qarabağ müharibəsinin həqiqətlərini, Ermənistanın dövlət terrorunu həyata keçirməsini qeyd etməsi ölkəmizin nüfuzlu media orqanlarında işğala məruz qalan ölkə kimi tanınmasının bariz nümunəsidir. Bu gün ölkəmiz İsrailin əsas hərbu-texniki tərəfdaşıdır. Müdafiə sahəsində uğurlu əməkdaşlıq nəticəsində bu gün ordumuzun silah arsenalı işğalçı ölkəni təşvişə salıb. Məhz bu nəşrdə bu kimi məsələlərin qeyd edilməsi əməkdaşlıq perspektivlərindən xəbər verir. Hesab edirəm ki, İsrail ictimaiyyəti artıq Azərbaycanı dost və strateji ölkə olduğunun fətqindədilər”.

Əli