Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb
26 İyun 17:12
26 İyun 17:12
26 İyun 09:00
24 May 2019 18:29
1 351
“Gələcəkdə Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycan, Türmənistan və Şərqi Aralıq dənizindən əlavə qaz həcmləri ilə genişləndirilməsi üçün böyük potensial var”.
Bunu Vaşinqtonda keçirilən IV TransXəzər Forumunda ABŞ-ın iqtisadi inkişaf, enerji və ətraf mühit üzrə dövlət katibinin müavini Manişa Sinqx bildirib:
“Xəzər qazını Avropa bazarlarına çatdıracaq 40 mlrd. dollarlıq layihənin böyük hissəsi olan Cənubi Qafqaz Boru kəməri və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) uğurlu nümunədir. ABŞ resurslara etibarlı giriş yaradan enerji layihələrini dəstəkləyir. Hazırda qazTürkiyəyə nəql edilir və biz İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəmərinin (TAP) tamamlanmasını səbirsizliklə gözləyirik”.
O, çıxışında həmçinin qeyd edib ki, ABŞ-la Trans-Xəzər ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün böyük potensial var: “Biz, həmçinin Xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlıq üçün böyük potensial görürük”.
26 İyun 16:31
1 946
26 İyun 16:18
1 722
26 İyun 16:16
1 862