Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın fotosu yayılıb
Ötən iki ayda fiziki şəxslərin ölkəyə idxalı 30%-ə yaxın azalıb
24 İyun 2019 13:23
931
"Azərbaycanda olduğuma görə çox şadam. Qonaqpərvərliyinə və bizə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbaycan xalqına təşəkkür edirəm"
Bunu jurnalistlərə açıqlamasında BMT-nin Baş katibinin İqtisadi və Sosial Məsələlər üzrə müavini Liu Zenmin deyib. O, bildirib ki, belə forumlar vasitəsilə dünyaya sosial xidmətlər yayılır:
"Biz dövlət xidmətləri üzrə mükafatlar verməklə bu cür layihələri digər ölkələrə də yayırıq. Sosial xidmətlərə dair Azərbaycanda yaxşı nümunələr var. Bunlardan biri "ASAN xidmət"dir. "ASAN xidmət" təcrübəsi digər ölkələrə də yayılmalıdır. Hökumət "ASAN xidmət" vasitəsilə insanlara daha da yaxın olub. Hökumət bu layihə vasitəsilə insanlara xidmət təqdim edir. BMT adından Azərbaycan hökumətinə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanla əməkdaşlıq edəcəyimizə ümid edirəm".
Qeyd edək ki, bu gün Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Birləşmiş Millətlər Təşkilatı ilə birgə BMT-nin Dövlət Xidmətləri Forumunu işə başlayıb.