Naxçıvanlı şagirdlərin Bakıda təhsil problemi həllini tapdı-MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA Siyasət

Naxçıvanlı şagirdlərin Bakıda təhsil problemi həllini tapdı-MİLLƏT VƏKİLİNDƏN AÇIQLAMA

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakı məktəblərinə dəyişdirilməsi üçün qeydiyyat problemi yaranıb.
Belə ki, məktəblərə qəbul və yerdəyişmə üçün yaradılan online sistem Muxtar Respublikadan olan şagirdləri qeydiyyatını apara bilmirdi.
Qeyd edək ki, Gununsesi.org-un naxçıvanlı valideynlərə istinadən qaldırdığı bu problemə ilk reaksiya Muxtar Respublikanın deputatı Qüdrət Həsənquliyevdən gəlmişdi.
Millət vəkili saytımızda gedən xəbərlə bağlı dərhal təhsil naziri Ceyhun Bayramovla əlaqə saxlayıb, məsələnin həllini xahiş etmişdi.
Gununsesi.org- açıqlamasında Qüdrət Həsənquliyev artıq problemin həll edildiyini deyib:
“Mənə bildirdilər ki, məsələ həll olundu. Nazirlikdə xüsusi mərkəz yaradılıb. Naxçıvanın təhsil nazirliyi ilə birlikdə problemin həllinə nail olunub. Mən təhsil naziri Ceyhun Bayramova təşəkkür edirəm ki, müraciətimə operativ yanaşıldı və problem həllini tapdı. Gununsesi.org xəbər saytı da məsələyə diqqətimizi çəkdiyinə görə təşəkkür edirəm”.