24 Sentyabr 2019 11:20
1 834
Sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlunun meyiti təmas xəttindən çıxarılıb.
Bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O qeyd edib ki, dünən BQXK tərəflərin müraciəti və razılaşması ilə neytral vasitəçi olaraq həlak olan şəxsin nəşinin təmas xətti ərazisindən çıxarılması əməliyyatında iştirak edib.
Xatırladaq ki, sentyabrın 22-də cəbhəboyu zonada yerləşən hərbi hissədə əsgər Abdulrəhmanov Ramin Şövkət oğlu yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulub.
18 İyul 19:24
1 575
18 İyul 19:23
1 526
17 İyul 21:31
2 443