Sərhəddə insident baş verib Siyasət

Sərhəddə insident baş verib

Oktyabrın 2-də saat 00:13 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo¬şunlarının “Horadiz” sərhəd dəstə¬si¬nin Beyləqan rayonunun Əmirzeyitli kəndi yaxınlığındakı sərhəd zasta¬va¬sı¬nın xidməti ərazisində sərhəd naryadı tərəfindən 3 nəfər naməlum şəxsin döv¬lət sərhədini pozmaları müşahidə olunub. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
DSX tərəfin¬dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə¬sində təd¬birlər davam etdirilir. Belə ki, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid¬məti əra¬zi tam qapadıl¬ıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər¬həd pozu¬cuları təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. La¬kin sərhəd pozu¬cu¬ları əmrə tabe olmayıb, sərhəd naryadına qarşı od¬lu silahdan atəş açaraq sərhədçilərin həyatına qəsd edib, 1 sərhəd pozucusu üzərindəki çantanı ataraq İran istiqamətində qaçmağa, digər 2 sərhəd pozucusu isə hadisə yerindən digər istiqamətdə qaç¬ma¬ğa cəhd göstər¬ib.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu¬nun tələblərinə uyğun olaraq sərhəd naryadları tərəfindən silah tətbiq olunmuş və hər 3 sərhəd pozucusu aldıqları güllə yaralarından hadisə yerin¬də ölüb. Zərərsizləşdirilmiş sərhəd pozucularına və əraziyə baxış zamanı 1 ədəd qara çantada ümumi çəkisi təxminən 15 kq olan müxtəlif növlü nar¬¬¬kotik vasitələr, 1 ədəd lüləsi kəsilmiş tüfəng, patronlar və gilizlər aşkar olun¬ub.
Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov ərazi¬yə ezam edilib, hadisə yerinə baxış keçirilib, sərhəd pozucu¬larının şəxsiyyətinin müəyyən edilməsinə və əməliyyat-axtarış tədbirlə¬rinin davam etdiril¬məsinə dair zəruri tapşırıqlar verilib. Hazırda Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının və Füzuli Hərbi Prokurorluğun əmək¬daşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hə¬rə¬kət¬ləri həyata keçirilir.