Lukaşenko Pezeşkiyanla telefon danışığı aparıb
30 Aprel 17:24
30 Aprel 17:24
Niderlandda hərbi poliqonda yanğın baş verib, 1500-dən çox qaçqın təxliyə olunub
İstanbul Azərbaycan Qəzetçiləri Dərnəyinin Azərbaycan nümayəndəliyi yaradıldı
KİV: Pentaqon Almaniyadakı qoşunların azaldılması ilə bağlı Trampa hələlik plan təqdim etməyib
Trampa sui-qəsd cəhdində təqsirləndirilən şəxs məhkəmə prosesi müddətində həbsdə qalacaq
9 Oktyabr 2019 16:08
4 739
"Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əməkdaşlığın inkişafı artan templə davam edir. Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına nail olmasının əsası Ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə 13 beynəlxalq təşkilat və 32 dövlət nümayəndə heyətinin iştirakı ilə “TRACECA-Tarixi İpək Yolunun Bərpası” əlaqədar keçirilən konfransda qoyulub. “Bir Kəmər, Bir Yol Beynəlxalq Əməkdaşlıq Formu” çərçivəsində qədim İpək Yolunun bərpası nəqliyyat dəhlizinin yaradılması Avroasiya ilə Avropanı birləşdirmək dünya iqtisadiyatına böyük töhfə verilməsinə xidmət göstərəcəkdir". Bunu millət vəkili Eldəniz Səlimov deyib.
Deputatın sözlərinə görə, “Bir Kəmər, Bir Yol” təşəbbüsü nəqliyyatda yeni imkanlar ticarəti, turizmi, xalqlararası münasibətləri, Avroasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işlərinə xidmət edir: "Azərbaycan Çin arasında təhlükəsizlik sahəsində əməkdaşlıq regionda çox böyük rol oynayacaq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizində yerləşən ölkələr öz mallarını nəql etmək üçün Azərbaycan ərazisindən istifadə edə biləcəklər. Bu yol Asiya Avropanı birləşdirən nəqliyyat dəhlizi oldu. Azərbaycan Avroasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir. Azərbaycan Çin arasında əməkdaşlığın inkişafı iki ölkə arasında iqtisadi münasibətləri daha da dərinləşdirdi. Çin Xalq Respublikası ölkəmizə sərmayə qoymağa səy göstərdi və bunu reallığa çevirdi. Bu gün Çinin nəhəng şirkətləri ölkəmizin kənd təsərrüfatına və digər sahələrə böyük sərmayələr yatırmaqla iki ölkənin iqtisadiyyatının inkişafına təkan verdilər. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Azərbaycan Çin münasibətlərinin daha da inkişaf etdirilməsini xüsusi diqqət mərkəzində saxlayır".
30 Aprel 18:20
1 113
30 Aprel 17:55
1 267
30 Aprel 17:53
1 246