“İsrail Qəzzanın dünya ilə əlaqələrinin kəsilməsində maraqlıdır”
Yeni Klinika, Kliniki Tibbi Mərkəz və 2 tibb müəssisəsinə yeni direktorlar təyin edilib - RƏSMİ
Nazir müavini: Məktəblərin 63 faizinin internetə qoşulmaq imkanı var, 6 şagirdə 1 kompüter düşür
"Bakı Marafonu-2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşacaq - SİYAHI
Avropa İttifaqının səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim edilib
16 Oktyabr 2019 13:51
4 662
“Azərbaycanın dövlət başçısı İlham Əliyevin MDB rəhbərlərinin sammitində toxunduğu nasist cinayətkarların, xüsusilə də Qaregin Njdenin heykəli nümunəsində qəhrəmanlaşdırılması problemi çox aktual və əsaslıdır”.
Bunu rusiyalı ekspert Dmitri Solonnikov deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub:
“Nasist Almaniyası ilə fəal əməkdaşlıq etmiş Qaregin Njdeyə heykəl qoyulması dövlət səviyyəsində keçirilib, onun xatirəsinin yaşadılması da bilavasitə Ermənistan Respublikası tərəfindən dəstəklənir. Hər bir xalq anacağı, fəxr edəcəyi qəhrəmanı özü seçir. Amma ən vacibi odur ki, ölkənin obrazının və qonşuların münasibətinin necə olacağı bu seçimdən asılı olacaq. Ona görə hər bir xalq öz seçimini edir. Bütün postsovet məkanında Böyük Vətən müharibəsinin iştirakçılarına münasibət birmənalı deyil. Baltikyanı ölkələrin radikal mövqeyini qeyd etmək olar. Bu ölkələrdə SS qoşunlarının qələbələri qeyd olunur, Qırmızı Ordunun qələbə günləri isə matəm hesab edilir. Analoji hal son illərdə Ermənistanda da müşahidə olunur”.
11:07
280
11:06
287
11:06
287