Dövlət başçısı: Bu günədək Azərbaycan ərazisi ilə Ermənistana 28 min ton yük çatdırılıb
Ermənistan lideri: Azərbaycanla sülhün möhkəmləndirilməsi üzərində işləyirik
Prezident: Azərbaycan və Ermənistan artıq sülhün praktik faydalarını görür
Paşinyan: 2028-ci ildə Aİ-nin Azərbaycandakı sammitinə qatılacağıma ümid edirəm
28 Oktyabr 2019 11:24
1 309
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Ermənistan Respublikası Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.