“Azərbaycan adı gələndə Mnatsakanyan ağıldan məhrum olur” Siyasət

“Azərbaycan adı gələndə Mnatsakanyan ağıldan məhrum olur”

“Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan BBC-nin məşhur “Hard tolk” verilişinin aparıcısı S.Sakurun suallarına cavab verərkən 90-cı illərdə Azərbaycanın Dağlıq Qarabağda ermənilərin 40 faizini öldürdüyünü açıqlayıb. Erməninin savadının, təhsilinin, səviyyəsinin azərbaycanlılara və türklərə aid məsələlərə qətiyyən dəxli olmadığı bir daha sübut olundu. Bir az əvvəlcə Ermənistanı Aİ və BMT-də təmsil etmiş nazir Z.Mnatsakanyan Azərbaycan adı gələndə normal məntiqdən, ağıldan məhrum olur”.
Bunu politoloq Mübariz Əhmədoğlu deyib.
O qeyd edib ki, Z.Mnatsakanyan nazir olduqdan sonra onun Türkiyə və Azərbaycana aid bir dənə olsun etirazsız, ambisiyasız bəyanatı və ya yanaşması yoxdur: “Dağlıq Qarabağ ermənilərinin 40 faizinin Azərbaycan tərəfindən öldürülməsi fikri artıq onun ağıldan məhrum olma dərəcəsində olduğunun göstəricisidir. Vaxtilə “Azərbaycan Dağlıq Qarabağ əhalisinin 20 faizini qırıb, Dağlıq Qarabağ ərazisinin 20 faizini işğal edib” uydurmalarını açıqlamışdı. 1988-ci ildə Dağlıq Qarabağda 180 min əhali yaşayıb. Bunun 60 mini azərbaycanlı, 120 mini isə erməni olub. Hal-hazırda rəsmi Bakı tərəfdən açıqlanan rəqəmlərə görə Dağlıq Qarabağ azərbaycanlılarının sayı 86 min nəfərə çatıb. Z.Mnatsakanyanın dediyini hesablasaq müharibədən sonra Dağlıq Qarabağda 72 min nəfər erməni (120 mindən 40 faizi çıxsaq) qalıb”.
Politoloq əlavə edib ki, ermənilərdə demoqrafik artım azərbaycanlılara nisbətən zəifdir: “Mnatsakanyanın metodikası ilə bu gün Dağlıq Qarabağda yerli ermənilərin sayı 80 min nəfərdir. Dağlıq Qarabağın statusunun müəyyən olunmasında əhali iştirak edəcəksə, bu halda 86 min azərbaycanlı, 80 min erməni iştirak edəcəkdir. Dağlıq Qarabağın statusunun müəyyən olunmasını ermənilər yubatsalar rəqəmlər arasındakı fərq eyni bu tənasüb üzrə artacaqdır. Z.Mnatsakanyan başa düşməlidir ki, erməni olmazdan əvvəl insan olmaq lazımdır. Dünya ermənilərinin və Ermənistanın SSRİ dağılan ərəfədəki vəziyyəti ilə indiki halının müqayisəli təhlilini aparsın. Azərbaycanlılara qarşı ksenofobiya faşizmə çevrilib. İşğalçılıq şüuru formalaşdırıb. Dünya erməniliyinin indiki uçuruma gedən yolu da belə tikilib”