Oqtay Əsədov Ruhani ilə görüşüb Siyasət

Oqtay Əsədov Ruhani ilə görüşüb

İran prezidenti Həsən Ruhani Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovu qəbul edib.
APA-nın "Mehr" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, görüş Tehran şəhərində keçirilən İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının (İƏT Pİ) 9-cu sessiyası çərçivəsində baş tutub.
Tehranın Səədabad sarayında keçirilmiş görüşdə İranla Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və qlobal məsələlər əsas müzakirə mövzusu olub. Görüşün detalları barədə ətraflı məlumat verilməyib.