“NATO-dan çıxmaq ABŞ və Avropa arasında uçurumu dərinləşdirəcək”
Şavkat Mirziyoyev: Azərbaycan Prezidenti TDT-nin nüfuzunu möhkəmləndirmək üçün böyük səylər göstərib
Ceyhun Bayramov Türküstanda TDT XİN başçılarının görüşündə iştirak etdi - YENİLƏNDİ
Ərdoğan: Hörmüz böhranı fonunda Orta Dəhliz Türk dünyasının prioriteti olaraq qalacaq
12 Dekabr 2019 11:38
1 470
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə danışıqlar prosesi davam etdirilsə də, Ermənistan yenə də destruktiv siyasətini davam etdirməkdədir.
Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi − Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan danışıqlar prosesinə bu və ya digər şəkildə maneələr yaratmaqdadır: "İlk növbədə, Ermənistan tərəfindən səsləndirilən ziddiyyətli bəyanatlar danışıqlar prosesinə ciddi şəkildə xələl gətirməkdədir".
Azərbaycan və Ermənistan jurnalistlərin qarşılıqlı səfərlərinə gəlincə isə H.Hacıyev bildirib ki, erməni jurnalistlərin Azərbaycana səfər edərək, öz gözləri ilə gördükləri barədə erməni ictimaiyyətini məlumatlandırması vacib şərtlərdən biridir: "Nəzərə almalıyıq ki, Ermənistanda dövlət səviyyəsində çox ciddi təbliğat aparılır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsasları və səbəbləri ciddi şəkildə təhrif edilir. Belə bir şəraitdə münaqişə ilə bağlı Azərbaycanın baxışı barədə jurnalistlərin Ermənistan ictimaiyyətini məlumatlandırmasına bir zərurət və ehtiyac var idi. Bu əsasda da ATƏT-in Minsk qrupu həmsədrlərinin təşəbbüsü ilə jurnalistlərin qarşılıqlı səfərləri həyata keçirildi. Bu, həyata keçirilən ilk təşəbbüslərdən biri idi. Azərbaycan və Ermənistan QHT-lərinin qarşılıqlı səfərlərinə dair təşəbbüslər barədə isə hələlik məlumat yoxdur”.
16:06
378
16:04
399
15:56
434