Zelenski və Stubb Əbu-Dabidəki danışıqları müzakirə ediblər
10 Noyabr 14:40
10 Noyabr 14:40
10 Noyabr 14:33
10 Noyabr 13:33
09:14
189
Fələstin tərəfdarı etirazçılar Dublin şəhərindəki Triniti Kollecinə səfəri zamanı ABŞ-ın keçmiş prezidenti Co Bayden və həyat yoldaşı Cillə süd qutuları atıblar.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə çərşənbə axşamı "The Telegraph" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, etirazçılar həmçinin "Utanın", "Əlləriniz qandadır" və "Soyqırımçı Co" şüarları səsləndiriblər. Nümayişçilərdən biri qışqırıb: "Biz soyqırımın iştirakçısı olmayacağıq. Co Baydenin bu kampusda olmasına qadağa qoyulur".
Əvvəllər israil-fələstin münaqişəsi üzrə danışıqçı Qerşon Baskin "The Times" qəzetinə bildirmişdi ki, Qəzza zolağında atəşkəs haqqında sazişin şərtləri hələ Vaşinqtonda Bayden administrasiyasının dövründə hazır idi, lakin onlar İsrail tərəfindən bəyənilməmişdi. ABŞ tərəfi də təklif olunan sövdələşmə layihəsini ciddi qəbul etməmişdi.
Məryəm Quliyeva