Hindistanda sərnişin qatarının altı vaqonu relsdən çıxıb Dünya

Hindistanda sərnişin qatarının altı vaqonu relsdən çıxıb

Hindistanın şərqindəki Assam ştatında Sairanq - Kalkutta marşrutu ilə hərəkət edən sərnişin qatarının lokomotiv və altı vaqonu relsdən çıxıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə yerli administrasiyanın nümayəndəsinə istinadən "PTI" agentliyi məlumat yayıb.

Hələlik həlak olanlar barədə məlumat yoxdur. "Sərnişinlər arasında yaralananların olduğu bildirilir, lakin qatarın relsdən çıxma səbəbi kimi xəsarət alanların dəqiq sayı da hələlik müəyyən edilməyib", - deyə agentliyin həmsöhbəti bildirib.

Mizoram ştatındakı Sairanq şəhərindən Kalkuttaya gedən qatar saat 06:54 radələrində Kamrup dairəsinin Diqaru dəmir yolu stansiyası yaxınlığında relsdən çıxıb. Xilasetmə işlərinin aparılması və dəmir yolu xətlərinin təmizlənməsi üçün hadisə yerinə xüsusi qatar yönəldilib.

Məryəm Quliyeva