Sabah dağlıq və dağətəyi rayonlara intensiv yağış yağacaq, dolu düşəcək
Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb
Ukrayna Xəzər Boru Kəməri Konsorsiumunun dəniz terminalını vurdu
Azad olunmuş ərazilərdə vətəndaşlar yanğın təhlükəsizliyi ilə əlaqədar maarifləndirilir
20 Dekabr 2019 17:03
2 051
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəyanat yayıb.
İcmadan "Xalq cəbhəsi" qəzetinə daxil olan bəyanatda deyilir:
"Dekabrın 23-də ölkəmizdə 5-ci dəfə bələdiyyə seçkiləri keçiriləcək. Seçkilərin azad, demokratik və ədalətli şəraitdə keçirilməsi və Azərbaycan vətəndaşlarının öz seçki hüququnu ifadə etməsi üçün bütün şərait yaradılıb.
Artıq 20 ildir ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və ətraf rayonlardan başqa, respublikamızın hər bir rayon, qəsəbə və kəndlərində bələdiyyə institutları fəaliyyət göstərir. Ermənistanın işğalçılıq siyasəti məcburi köçkün düşmüş yüz minlərlə insanı bu illər ərzində Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunan bələdiyyə orqanlarına seçmək və seçilmək hüququndan məhrum edib. Ermənistanın qəsbkarlıq siyasəti bütün fundamental hüquq və azadlıqlarımızın pozulması ilə bərabər yerli özünüidarəetmə orqanı formalaşdırmaq imkanlarımızı da əlimizdən alıb. Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlılar Ermənistanın işğalına son qoyulmaqla təhlükəsiz və ləyaqətli şəkildə öz torpaqlarına qayıtmaq, dağıdılmış yurdlarını bərpa etmək və abadlaşdırmaq arzusundadırlar.
Biz əminliklə bildiririk ki, işğal olunmuş ərazilərdən qovulmuş azərbaycanlılar öz yurdlarına qayıtdıqdan sonra, orada Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həyata keçirəcəkləri quruçuluq işləri ilə bələdiyyə orqanlarının fəaliyyətinə töhfə verəcəklər. O zaman öz yurdumuzda formalaşdırılacaq yerli özünüidarəetmə orqanlarından təkcə biz deyil, həm də erməni icması faydalanacaq".
18 İyul 19:24
1 575
18 İyul 19:23
1 526
17 İyul 21:31
2 443