15 Yanvar 15:09
15 Yanvar 14:21
10 Yanvar 2020 15:17
3 514
Politoloq: “O zaman hərbi müstəvidə qarşıdurmalar artacaq”
“Açıq deməliyik ki, Qarabağ münaqişəsi dünya gündəmində neçə illərdir ki, ikinci plandadır. Sadəcə olaraq, ATƏT səviyyəsində, yaxud ATƏT məkanında bu münaqişə aktual münaqişələrin içində yer alır”. Bunu politoloq İlqar Vəlizadə deyib. Onun fikrincə, beynəlxalq təşkilatlar daha çox şiddət mərhələsində olan münaqişələrə diqqət yetirr: “Ukrayna münaqişəsi, Aralıq dənizindəki konfliktlər Qarabağ münaqişəsini üstələdi. Çünki Qarabağ münaqişəsində şiddət fazası yaşanmır. Diqqət isə daha çox şiddət fazasında olan konfliktlərə yönəlib. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar çox şiddətli konfliktlərə diqqət yetirir. Digər tərəfdən, bu bir işarədir ki, əgər Qarabağ konflikti ilə bağlı tərəflər arasında hərbi müstəvidə toqquşmalar artsa, bu, beynəlxalq təşkilatların, dünya birliyinin məlum problemə daha çox diqqət yetirməsinə səbəb olacaq.Fakt və gerçəklik bundan ibarətdir.
Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, əgər bu münaqişə danışıqlar yolu ilə öz həllini tapmasa, Azərbaycan hərbi yolla da olsa işğaldakı torpaqlarını azad edəcək. Hesab edirəm ki, bu il ərzində vəziyyət dəyişilməsə, o zaman hərbi müstəvidə qarşıdurmalar artacaq”.
15 Yanvar 17:09
1 064
15 Yanvar 16:46
1 113
15 Yanvar 15:23
1 316