Novruz Məmmədovdan rus ekspertə cavab Siyasət

Novruz Məmmədovdan rus ekspertə cavab

"Bütün həyatını siyasətə həsr etmiş Stanislav Tarasov hələ də bilmir ki..."

"Bütün həyatını siyasətə həsr etmiş Stanislav Tarasov hələ də bilmir ki, Əfqanıstana yükdaşıma sahəsində Azərbaycan neçə ildir ki, mühüm rol oynayır".
Bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində Rusiyalı politoloq, ekspert S.Tarasovun Rusiya KİV-də dərc olunan məqaləsində guya rəsmi Bakının ABŞ-a öz ərazisi vasitəsilə Əfqanıstandakı yüklərin daşınmasını təklif etməklə Vaşinqtonla sövdələşməyə getməsinə dair fikirlərinə münasibət bildirərkən deyib.