“20-dən artıq erməni özünü öldürməyi planlaşdırır” Siyasət

“20-dən artıq erməni özünü öldürməyi planlaşdırır”

Niderlandın Den Boş bələdiyyə başçısı: "Ermənistandakı acınacaqlı durumla bağlı insanlar ora qayıtmaq istəmir və geri qayıtmamaq üçün hər şey edirlər"

Hollandiya mediası Ermənistanın gerçək vəziyyətini ortaya qoyub. Bu günlərdə Niderlandın nüfuzu "Volkskrant" qəzetində Niderlandda sığınacaq istəyən ermənilərin acınacaqlı durumu barədə geniş yazı gedib. Bu barədə BayMedia məlumatı Hollandiya və Beynəlxalq Jurnalistlər Birliyinin üzvü, politoloq Vüqar Abbasov verib.
Yazıda əsas diqqət Niderlandın Den Boş (Den Bosch) bələdiyyə başçısının Niderlandın Ədliyyə və Səhiyyə nazirlərinə yazdığı məktubdan söhbət açılıb, Ermənistandakı iqtisadi və siyasi durumun olduqca acınacaqlı durumda olduğu qeyd olunub. Yazıda həmçinin psixoloqların fikirlərinə də xüsusi yer ayrılıb. Bələdiyyə başçısı nazirlərə ünvanladığı müraciətdə qeyd edib ki, Ermənistandakı acınacaqlı durumla bağlı insanlar ora qayıtmaq istəmir və geri qayıtmamaq üçün hər şey edirlər: "Bir neçə erməni özünü öldürüb. Məndə olan məlumata görə, tək bizim bələdiyyədə 20-dən artıq erməni özünü öldürməyi planlaşdırır. Mən burda on səkkiz ildir ki, bələdiyyə başçısıyam, heç vaxt belə şey görməmişəm və demək bunların bir səbəbi var".
"Aidiyyəti vəzifəli şəxslər, o cümlədən psixoloqlar İrəvandakı "Nork" adlı ruhi xəstəxanının durumu ilə də maraqlanıblar. Böyük ehtimalla burada məqsəd psixi problemi olan ermənilərin orada müalicə olunma ehtimalını araşdırmaq olub. Niderlandda status alan ermənilərdən biri "Volkskrant" qəzetinə bildirib ki, onun bir qonşusu Azərbaycana qarşı vuruşub və müharibədən gələndə ağır psixoloji travma alıb. Müalicə məqsədi ilə onu Norka aparıblar və nəticədə o bir neçə ildən sonra geri dönəndə danışa bilmirmiş.
Yazıda daha sonra qeyd olunur ki, bu ilin birinci rübündə 1115 erməni qaçqın statusu almaq üçün Hiderlandın müvafiq qurumlarına müraciət edib. Başqa bir psixoloq isə bildirib ki, geri göndərilən ermənilərlə Ermənistan polisi DTK üslubu ilə davranır. Yazıda əsasən Niderlandda status ala bilməyən ermənilərin geri göndərilməsinin, Ermənistandakı hazırkı ağır iqtisadi və siyasi duruma görə, mümkünsüzlüyünə diqqət çəkilib", -deyə Vüqar Abbasov bildirib.

Elnur Eltürk