“Bu səfər Ukraynanın beynəlxalq danışıqlar masasındakı mövqeyini gücləndirir”
Tovuz Dövlət Sosial-İqtisadi Kollecinə yeni direktor təyin olunub
Vüqar Rəhimzadə: Azad Qarabağımız və Şərqi Zəngəzurumuz mərhələ-mərhələ doğma sakinlərinə qovuşur
Elm və Təhsil Nazirliyinə 18 mindən çox vətəndaş müraciət edib
29 Aprel 2020 15:26
2 135.jpg)
“Hesab edirəm ki, karantin rejiminin yüngülləşməsinin və ya sərtləşməsinin vəziyyətə uyğunlaşdırılması olduqca vacib və doğru qərardır. Nəyə görə? Məhz Azərbaycan dövlətinin koronovirusun yayılmasını nəzarət altına almasını şərtləndirən başlıca məqam ondan ibarət oldu ki, çevik, düzgün və situativ qərarlar verildi. Situativ qərarlar dedikdə isə yəni vəziyyətə uyğun olaraq qərarlar verildi. Bu baxımdan ölkədə müsbət dinamika müşahidə olunmağa başlandı. Təbii ki, epidemoloji vəziyyətin monitorinqinə uyğun olaraq qərarlar verilir”. Bunu millət vəkili Elşad Mirbəşiroğlu deyib. Deputatın sözlərinə görə, bu gün dövlətin strategiyasının ana xəttini məhz bu təşkil edir: "Bütün göstəricilər ona dəlalət edir ki, dövlətin həyata keçirdiyi tədbirlər olduqca effektiv tədbirlərdir. Təbii ki, müşahidə olunan dinamikaya uyğun olaraq atılacaq addımlar da bütövlükdə vəziyyətin tam stabilləşməsinə gətirib çıxaracaqdır. Bu gün Azərbaycanda vəziyyət onu qeyd etməyə əsas verir ki, virusun yayılması bütövlükdə dövlət tərəfindən uğurla məhdudlaşdırılmaqdadır. Tendensiya tamamilə dəyişdi. Sağalanların sayı yoluxanların sayı üzərində ciddi dominatlıq təşkil etməkdədir. Hesab edirəm ki, bundan sonra da vəziyyətə uyğun olaraq atılacaq addımlar sona qədər nəzarətin saxlanılmasına imkan verəcəkdir. Bir sözlə, onu qeyd etmək istəyirəm ki, gələcəkdə də karantin rejiminin yumşaldılması və ya sərtləşdirilməsi mövcud vəziyyətə uyğun olaraq ediləcək. Bu da çox məntiqli və vacib qərardır".
16:24
378
16:22
441
15:41
588