Qüdrət Həsənquliyev Xətai rayonunda seçiciləri ilə görüş keçirib
15 Noyabr 13:58
15 Noyabr 13:58
14 Noyabr 16:16
14 Noyabr 14:16
Azərbaycan-Özbəkistan münasibətləri müttəfiqlik sütunu üzərində daha da möhkəmlənir
Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
Polşa XİN rəhbəri: Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq
Politoloq: Azərbaycan–Özbəkistan tandemi TDT-ni regional güc mərkəzinə çevirir
İraqda qəbilələr arasında toqquşmada 8 nəfər ölüb, 9 nəfər yaralanıb
4 May 2020 17:51
2 443
“COVID-19 böhranı təxirəsalınmaz addımların atılmasını tələb edir”.
Bunu Kuba Prezidenti Migel Diaz-Kanel Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
“Birtərəfli təzyiq xarakterli addımlar kənara qoyulmalıdır. Çünki bu addımlar birgə səyləri zədələyir. Pandemiya qlobal problem olaraq qalır, sərhədlərə, iqtisadi inkişafa və ideologiyalara məhəl qoymur. Bu gözəgörünməz təhlükə dağıdıcı təsir göstərir”, - deyə Kuba Prezidenti bildirib.
Migel Diaz-Kanelin sözlərinə görə, böhran neoliberal sistemin nə dərəcədə zəif olduğunu üzə çıxarıb: “Özəlləşdirmə nəticəsində əksər çoxluq laqeyd yanaşma ilə üzləşib. Bu pandemiya dünyamızın necə kövrək olduğunu ortaya qoyub. Pandemiya həm iqtisadiyyatlara, həm də cəmiyyətlərə davamlı təsir göstərib. Pandemiya insanların qeyri-bərabər şəraitdə yaşadığını aşkara çıxardı. Silahlara çəkilən xərclər insanlığa xidmət edən elm və səhiyyəyə xərclənməlidir”.
Kubanın dövlət başçısı Venesuelaya qarşı təhdidləri tənqid edib.
“Biz ötən ilin oktyabrında keçirilən sammitdə Qoşulmama Hərəkatına üzv ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsinə çağırış etmişdik. Biz indi bir-birimizə qarşılıqlı şəkildə yardım etməliyik”, - deyə o vurğulayıb.
Migel Diaz-Kanel qeyd edib ki, Kuba ABŞ-ın təzyiqlərinə məruz qalsa da, ölkə daxilində pulsuz ictimai səhiyyə xidmətini saxlayır, Kuba həkimləri həm ölkə daxilində, həm də ölkə xaricində virusla mübarizəyə qoşulub.
Kuba Prezidenti Qoşulmama Hərəkatına üzv ölkələrin Səhiyyə nazirlərinin oxşar formatda iclasının keçirilməsini təklif edib.
15 Noyabr 21:25
1 365
15 Noyabr 17:47
994
15 Noyabr 17:44
980