"Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq" Siyasət

"Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq"

Dəyərli dostlar, Azərbaycan dövləti qeyri neft sektoru olaraq aqrar sahənin inkişafına böyük diqqət yetirir, nəticədə son illər kənd təsərrüfatı sisteminin idarə edilməsində və məhsul istehsalında ciddi dönüş yaranıb. Ölkədə aqrar sahənin inkişafı ilə yanaşı aqrar tədris və aqrar elm də sürətli dönüşə nail olub. Uğurlar Azərbaycan Dövlət Aqrar Universitetindən də yan keçməyib. Son illər mahiyyət etibarılə keyfiyyət dəyişikliklərinə nail olan universitet daim yeganə aqrar kadr hazırlığı bazası kimi möhtərəm cənab Prezidentin ali diqqətindədir.

Məhz dövlət dəstəyi nəticəsində universitetin bütün tədris korpusları Azərbaycan standartlarına uyğun yenidən qurulub, maddi-texniki baza möhkəmlənib, müasir laboratoriyalar şəbəkəsi yaradılıb. Ali təhsil sistemində ilk 2 tələbə evi layihəsi bizdə reallaşıb, cənab Prezident 2016 və 2017 -ci illərdə Çəncə şəhərinə səfəri çərçivəsində tələbə evlərinin açılışını edib.

Yeni tədris korpusuna ehtiyacımız haqqında da xahişimiz 2017-ci ildə olub və artıq 24 iyun 2020-ci ildə möhtərəm cənab Prezident və xanım Mehriban Əliyeva yeni tədris korpusunun açılışını ediblər. Bu korpus iki növbədə 3000 tələbəni əhatə etməklə, MDB və Şərqi Avropa məkanında ən böyük və müasir tələbatlara cavab verən tədris korpusudur.
Bununla yanaşı ölkə rəhbəri son bir ayda üç dəfə aqrar universitet haqqında müəyyən fikirlər söyləyib. 22 may 2020-ci ildə “Signify” şirkətinin rəhbərləri ilə video konfransda Aqrar universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artmasından bəhs edir. 24 iyun 2020-ci ildə Gəncədə modul xəstəxananın açılışında da aqrar sahəyə maragın artdığı, universitetə müraciətlərin sayının artdığını və yeni korpusla tanış olacağını bildirir. Samux rayonunda “Agro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə tanış olarkən Aqrar universitetlə birgə Tovuzda və ya Samuxda regional tədris mərkəzinin yaradılmasını tövsiyyə edir.

Dəyərli dostlar, möhtərəm cənab Prezidentin bu ali diqqəti universitetin professor-müəllim, çoxminli tələbə kollektivi üçün böyük şərəf və qürur, eyni zamanda, həm də böyük məsuliyyətdir. Biz məsuliyyətimizi anlayır və göstərilən etimada layiq olmağa çalışacağıq.

İbrahim Cəfərov
ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor