Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Deputat: İşğalçı Ermənistan kritik vəziyyətdən çıxmaq üçün təxribata əl atmağa məcbur idi

Deputat: İşğalçı Ermənistan kritik vəziyyətdən çıxmaq üçün təxribata əl atmağa məcbur idi Siyasət

Deputat: İşğalçı Ermənistan kritik vəziyyətdən çıxmaq üçün təxribata əl atmağa məcbur idi

Bir müddət əvvəl həm ölkə mediasında, həm də ərəb mətbuatında dərc olunmuş "Pandemiyadan sonrakı Qarabağ: sülh, müharibə yoxsa inqilab?" sərlövhəli məqaləmdə böhranla əlaqədar olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin müharibəyə əl atacağı ilə bağlı verdiyim proqnozlar özünü doğrultdu. İşğalçı Ermənistan kritik vəziyyətdən çıxmaq, ondan narazı olan əhalinin fikrini yayındırmaq üçün təxribata əl atdı.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib.

Siyasi elmlər doktoru məqaləsindən sitat gətirərək diqqətə çatdırıb: “Məqalədə qeyd olunurdu ki, Ermənistan tərəfinin koronavirus pandemiyasının yaratdığı çıxılmaz iqtisadi böhran vəziyyətində “kiçik müharibə”yə başlamaqla narazı kütlənin diqqətini ağır iqtisadi-sosial problemlərdın yayındırması istisna olunmur. Dediklərim baş verdi. “Böyük depressiya”nın təcrübəsi göstərir ki, ölkədə iqtisadiyyatın çökməsi millətçilik dalğasının yüksəlməsinə və “xarici düşmən” axtarışlarının intensivləşməsinə, əgər o varsa bu istiqamətdə avantürüst davranışlararın artmasına rəvac verir. Narazı kütlə belə xüsusi hallarda hərbi avantüralara loyal mövqedə dayana bilər. Nikol Paşinyanın yeni şəraitdə hakimiyyəti üçün olduqca ciddi daxili təhdidlərin formalaşacağı reallıqda məhz belə davranacağı istisna olunmur. Nikol Paşinyan çox gözəl dərk edir ki, iri miqyaslı hərbi əməliyyatlar başlayacağı təqdirdə ölkəsinin güclü Azərbaycan ordusu qarşısında biabırçı məğlubiyyəti və deməli, özünün də hakimiyyətdən salınması sırf zaman məsələsidir. Bu vəziyyətə Ermənistanın məqsədi “kiçik müharibə” effekti yaradıb, daxili auditoriyanın hakimiyyətə olan qəzəbini soyutmaq və sonra isə beynəlxalq aləmdə hay-həşir qoparıb, Azərbaycan ordusunun hücuma keçdiyi, Ermənistan dövləti və onun “məzlum” xalqı üçün yenidən təhdidlərin yarandığı ilə bağlı dezinformasiya yaymaqdan ibarətdir. Təəssüflər olsun ki, bu, belə də oldu”.

Deputat qeyd edib ki, iyulun 12-də Ermənistan ordusu Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində artilleriya qurğularından istifadə etməklə qəfil hücuma keçərək hərbi təxribat törədiblər. Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi avantüraya görə bütün məsuliyyət onun hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. İşğalçı dövlətin belə bir addım atması ilk növbədə, mövcud diktator rejiminin ölkə daxili problemlərlə üzləşməsi ilə izah olunur. Heç kəsə sirr deyildir ki, koronavirus pandemiyası Ermənistanda onsuz da ağır olan sosial-iqtisadi vəziyyəti böhran həddinə çatdırıb. Ölkədə yeni inqilab mehi əsməkdədir. Bu reallıqda Ermənistanın hərbi-siyasi rəhbərliyi ənənəvi olaraq dəfələrlə sınaqdan çıxardıqları taktikanı yenidən işə salmaq məcburiyyətində qalıblar. Onun sözlərinə görə, daxili riskləri süni yaradılmış xarici risklər hesabına kompensasiya etmək, yəni - hərbi avantüraya əl atmaqla Ermənistan rəhbərliyi hakimiyyətinin ömrünü uzatmaq niyyətindədir. Sadə ermənilər diktatura rejiminin ömrünü uzatmaq naminə övladlarını müharibədə qurban vermək istəmirlər və bununla bağlı etiraz edənlərin sayı gündən-günə artmaqdadır.

Elman Nəsirov Ermənistan siyasi rəhbərliyinin hərbi təxribatçı addımlarını şərtləndirən digər mühüm amilin isə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi ilə əlaqələndirib: “Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında, Münxen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyub. Xüsusilə də, Azərbaycan Prezidentinin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi mənafeyinə xidmət edən BMT Baş Assambleyasının Xüsusi sessiyasının çağırılması təşəbbüsünün 130-dan çox dövlət tərəfindən dəstəklənməsi Ermənistanı qıcıqlandırıb. Ermənistan Azərbaycanın təşəbbüsünə etiraz etməklə özünü bütün dünyanın gözündə rüsvay edib”.

Siyasi elmlər doktoru hərbi təxribatın məhz Azərbaycan-Ermənistan dövlət sərhədində baş verməsinin təsadüfi olmadığını də bildirib. Qeyd edib ki, Ermənistanın münaqişənin əsl mahiyyətini ört-basdır edir və bu da onun çirkin niyyətindən irəli gəlir. İşğalçı ölkə üzvü olduğu hərbi-siyasi təşkilatın “çətir”i altında gizlənərək hərbi avantürasının kollektiv müdafiə mexanizmləri ilə dəstəklənməsinə nail olmaq kimi riyakar məqsədindən qaynaqlanır. İşğalçı dövlətin bu istiqamətdə planları da tam iflasa uğrayıb. “Ermənistanın hərbi təxribatı nəticəsində bir neçə hərbi qulluqçumuz şəhid olub. Vətən uğrunda canından keçən oğullarımızın qisası ordumuz tərəfindən alınıb. İnanırıq ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında yüksək hərbi-vətənpərvərlik ruhu olan güclü Azərbaycan Ordusu düşmənin təxribatına bundan sonra da layiqli cavab verəcək. Birliyimiz, həmrəyliyimiz sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanacaqdır.

“Görünür ki, bu reallıq Ermənistan və ona havadarlıq edənləri, habelə daxilimizdəki "5-ci kolon"u möhkəm narahat edib. İyulun 14-də gecə radələrində bir qrup təxribatçının Milli Məclisə qeyri-qanuni müdaxiləsi, anti-dövlət şüarlar səsləndirməsi və qanunverici orqanın əmlakına zərər vurması təsadüfi hadisə olmayıb, öncədən planlaşdırılmış təxribatın nəticəsidir. Sərhəddə yaşanan son hadisələrlə bağlı orduya və dövlətə dəstəyini, düşmənə isə nifrətini ifadə etmək üçün yürüşə çıxan insanların sıralarına öncədən hazırlaşdırılmış və təlim almış təxribatçılar yerləşdirilib. Məqsəd Azərbaycanı 90-cı illərin ssenarisi üzrə məhvə sürükləmək, ölkədə hakimiyyətsizlik mühiti formalaşdırmaq və bununla da yeni ərazi işğallarına şərait yaratmaq. perspektivdə isə vətəndaş müharibəsini labüd etməkdən ibarətdir. Xarici və daxili düşmənlərimizin bu arzusu baş tutmayacaq. Azərbayacan güclü dövlətdir. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyi hökm sürür. Müxalif siyasi dairələr belə bu günlərdə dövlətin və ordunun yanında olduqlarını bəyan ediblər. Xalq-hakimiyyət birliyi monolit xarakter kəsb edir. Xalq öz Ali Baş Komandanının arxasındadır. Ona tam inanır və güvənir. Ali Baş Komandan Ilham Əliyevin rəhbərliyi ilə bu tarixi sınaqdan da şərəflə çıxacağımıza tam əminik! Tanrı Prezidentimizi, xalqımızı və dövlətimizi qorusun!